Evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb - Tovuzda
Gündəm 15 May 2019 19:24 356 dəfə oxunub
Evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb - Tovuzda
Faktla bağlı araşdırma aparılır

Tovuz rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin İsa Musayev küçəsi, ev 8 ünvanında qeydə alınıb.

Ev sahibi Sahib Çoban oğlu İmanovun bildirdiyinə görə, mənzildə kimsə olmayan zaman şəxs və ya şəxslər evə daxil olaraq, ümumilikdə, 5000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını oğurlayıblar. Məsələ ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh