Yol polisləri sürücüyə belə kömək etdi - FOTO
Yol polisi 15 May 2019 23:00 1897 dəfə oxunub
Yol polisləri sürücüyə belə kömək etdi - FOTO
Maşını təhlükəsizlik yerə çəkərək tıxacın qarşısını alıblar

Bu gün günorta saatlarında Yusif Səfərov küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan "Ford" markalı avtomobil mühərrik sistemində olan problemlə əlaqədar olaraq qəfil dayanıb. Avtosfer.az xəbər verir ki, 99 YP 422 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan ekipajın əməkdaşları sürücüyə kömək ediblər. Belə ki, onlar həm yolda sıxlıq yaranmasın deyə, həm də avtomobili təhlükəsiz yerə çəkmək məqsədilə kənara çəkiblər. Daha sonra evakuator çağıran YPX əməkdaşları sürücünü müvafiq olaraq servisə yönləndirib.  Vətəndaşlardan birinin çəkdiyi fotoları təqdim edirik:

Orxan

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh