Bakıda sürücü keçiddə piyadaları belə vurdu - REAL VİDEO +16

Bakıda dəhşətli piyadavurma hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisənin görüntülərini DİN-in təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Videodan belə aydın olur ki, digər nəqliyyat vasitələri piyada keçidindən yolu keçən piyadalara yol vermək üçün dayanasalar da, ağ rəngli avtomobilin sürücüsü yüksək sürətlə hərəkəti davam etdirir.
Nəticədə keçiddən keçən bir neçə sərnişini vurur. Onlardan iki qadın daha ağır zərbəyə tuş gəldiyi üçün biri yerindəcə keçinib. Digər qadın isə hadisə yerində olan şəxslər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Videodan o da aydın olur ki, yüksək sürətlə hərəkət edən avtomobil hətta yol ayrıcında keçdikdən sonra BakuBus avtobusuna çırpılaraq dayanıb. Hadisə ilə bağlı araşdırmalar gedir.
Ümid edirik ki, bu video digər sürücülərə ibrət olacaq. Piyada keçidinə yaxınlaşan zaman sürəti azaltmağı unutmayacaq. Hadisənin maraqlı tərəfi odur ki, keçiddən bir yox bir neçə piyada eyni vaxtda keçir. Ola bilməz ki, sürücü bunlardan hansısa birini görməsin. Belə fikir yaranır ki, sürücü sükan arxasında ya içkili, ya diqqəti yayınıb, keçə biləcəyini zənn edərək sürəti artırıb.
Görüntüləri təqdim edirik:
Orxan Əli
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO












