Nömrəsiz, "plyonkalı" "Naz Lifan"larla qayda pozanlar kimlərdir? - VİDEO

Yazarlar 16 May 2019 12:02 Oxunub 1909
Nömrəsiz, "plyonkalı" "Naz Lifan"larla qayda pozanlar kimlərdir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əlillərin adına bu cür cılız işlərlə xələl gətirmək olmaz

Şəhərdə tez-tez nömrəsiz, "kruq plyonkalı" əlillər üçün nəzərdə tutulmuş "Naz Lifan" avtomobillərinə rast gəlinir. Avtosfer.az xəbər verir ki, bu vəziyyət digər sürücülərdə qıcıq yaradır. Belə ki, sürücülər iddia edir ki, bu cür avtomobilləri idarə edənlərin 90 faizi heç də əlil deyil. Sadəcə olaraq bu maşını alır və radara düşməmək üçün nömrə istifadə etmir, pərdə, plyonka vurur.

Apardığımız araşdırmalar zamanı müəyyən məsələlər ortaya çıxır. Yol polisi əməkdaşları ilə apardığımız söhbətlərdən də aydın olur ki, bu cür maşınları idarə edənlərin əksəriyyəti heç də əlil deyil. Bəziləri isə bu maşınları əlillərdən alıb öz adlarına keçiriblər. Əlillərə müəyyən güzəştlər olduğunu bildikləri üçün bu cür vasitələrə əl atırlar. Olur ki, əlil bu maşını alır. Amma idarə etmir deyə satır.

Satdığı adam da bu cür hərəkətlərə yol verir. Əgər doğurdan da bu hərəkəti əlillər etmiş olsa belə bu da bir ayıbdır. Onların Vətən qarşısında xidmətləri belə cılız şeylərlə kölgə altına düşməməlidir. Onların xidməti daha böyükdür. Onlar daha çox imtiyazlara malik olmalıdır. Nəinki belə cılız işlərə. Ümid edirik ki, əlillərin adından istifadə edib qaydaları pozanlara qarşı mübarizə aparılmalıdır. Onların əksəriyyətinin icbari sığortası yoxdur, qəza törədib qaçanda aşkarlamaq olmur. Odur ki, bu neqativ halların qarşısı vaxtında alınmalıdır.

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh