2 milyon avroluq “Ferrari” qaçırıldı: polis qaçıran şəxsi axtarır - FOTO

Gündəm 16 May 2019 18:25 Oxunub 1120
2 milyon avroluq “Ferrari” qaçırıldı: polis qaçıran şəxsi axtarır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Supercar bundan əvvəl “Formula-1”in pilotu Eddi İrvayna məxsusu olub

Almaniyada 2 milyon avro dəyərində olan “Ferrari” “dələduz alıcı” tərəfindən qaçırılıb. Avtosfer.az “vesti.ru”ya istinadən xəbər verir ki, insident ölkənin qərbində yerləşən Noys şəhərində baş verib.

Dələduz elanda gördüyü 1985-ci il istehsalı  olan “Ferrari 288 GTO” markalı avtomobilin sahibinə zəng vuraraq almaq istədiyini bildirib. Alıcı ilə razılaşan maşının sahibi görüşüblər. Görüş əsnasında alıcı maşını yoxlamaq üçün test sürüşü etmək istəyib. Satıcı yoxalma sürüşü etmək üçün alıcı ilə yer dəyişib və “dələduz alıcı” sükan arxasına oturan kimi qaza basaraq naməlum istiqamətə aradan çıxıb. Avtomobilinin qaçırıldığını görən “Ferrari”nin sahibi polisə müraciət edib.

Sonrakı gün polis əməkdaşları supercarı Qrevenbrox şəhəri yaxınlığında aşkar ediblər.

Cinayətkarı orada tapmayıblar.

Polis dələduzun yerini bilən hadisə şahidləri axtarır, bu barədə “Associated Press” məlumat yayıb. Maşının sahibinin maşını hansı qiymətə satdığı da məlum deyil.

Bildirək ki, supercar bundan əvvəl “Formula-1”in pilotu Eddi İrvayna məxsusu olub.

Qeyd edək ki, 2019-cu ilin əvvəllərində “Sothebys” hərracında 3,360,000 dollara satılıb.

1984-1985-ci ilin istehsalı olan “Ferrari 288 GTO” cəmi 272 ədəddir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh