"VAZ” külli miqdarda qanunsuz siqaret aşkarlanıb - FOTO

Gündəm 16 May 2019 13:48 Oxunub 780
"VAZ” külli miqdarda qanunsuz siqaret aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2108-01" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Komitədən Avtosfer.az-a verilən xəbərə görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin arxa oturacağının içərisində əvvəlcədən gömrük orqanına bəyan edilməyən 8600 ədəd "King" markalı siqaret, 2 ədəd üzərində "Redmi 7" və 1 ədəd üzərində "Samsung A50" yazılan telefon qutuları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh