Yol polisini saymayan sürücünün başına görün nələr gəldi - VİDEO

Avtosfer TV 16 May 2019 14:46 Oxunub 3077
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü əməlindən peşman olduğunu bildirsə də, cərimə tətbiq edilib

Bir neçə gün öncə Xırdalan şəhəri Heydər Əliyev prospektində xidmət aparan YPX əməkdaşlarının hərəkətdə olan 10-RU-767 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsünə "saxla" əmri verməsi, lakin sürücünün buna məhəl qoymayaraq hərəkəti davam etdirməsi barədə məlumat vermişdik. 
Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildirilib ki, inspektorun “saxla” işarəsinə tabe olmayan sürücü barəsində elə həmin vaxt tədbir görülüb. Belə ki, polisin saxlama tələbini yerinə yetirməyən 10-RU-767 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü Ruhin Abdullayev aprelin 10-da polisin saxlama tələbini yerinə yetirməyərək hərəkəti davam etdirib. Bununla əlaqədar olaraq DYP əməkdaşı idarə rəisinin adına raport yazaraq sürücünün tabesizlik göstərdiyini qeyd edib. Raport dərhal icraya yönəldilib və sürücü aşkar olunaraq Abşeron DYPŞ-yə dəvət olunub. Bura ondan izahat alınıb, törətdiyi xəta barədə məlumat verilib və maddi sübutlar təqdim edilib. Sürücü əməlindən peşman olduğunu bildirsə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən, 80 manat məbləğində cərimə tətbiq edilib.
Görüntüləri sizə təqdim edirik.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh