Çörək bağlamasından 2,36 milyon dollar aşkarlandı

Gündəm 16 May 2019 15:11 Oxunub 1071
Çörək bağlamasından 2,36 milyon dollar aşkarlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Əfqanıstan vətəndaşı saxlanılıb, araşdırma aparılır

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Milək sərhəd gömrüyündə 350 milyard rial (rəsmi məzənnə ilə 8,33 milyon dollar, qara bazar məzənnəsi ilə 2,36 milyon dollar) nağd pul aşkarlanıb. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran Gömrük Administrasiyasındna məlumat verilib.

Məlumata görə, Milək sərhəd gömrük keçidində Əfqanıstan vətəndaşı bağlamalarda çörək aparırmış. Gömrük əməkdaşları bağlamalara baxış keçirərkən İran valyutasının ustalıqla yerləşdirildiyini aşkarlayıblar.

Faktla bağlı Əfqanıstan vətəndaşı saxlanılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh