Özünü qızlara göstərən “avtoş” 7 şagirdi vurdu - FOTO + VİDEO
Qəzalar 16 May 2019 21:35 940 dəfə oxunub
Özünü qızlara göstərən “avtoş” 7 şagirdi vurdu - FOTO + VİDEO
Polis sürücünü həbs edib

İstanbulun Böyükçəkməcə rayonunda dar küçədə özünü qızlara göstərmək istəyən “avtoş” 7 litsey şagirdini vurub.

Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident mayın 15-i günorta saatlarında baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, özünü qızlara göstərmək istəyən sürücü maşının təkərlərini yerində sürüşdürərək “avtoş”luq etmək istəyib. Lakin, sükan idarəetməsini itirən sürücü, evin bağça divarının yanı ilə hərəkət edən 5-i qız ikisi oğlan olan lisey şagirdlərinə çırpılıb.

Toqquşmanın şiddətindən bağça divarı aşıb, şagirdlərdən 4-ü bağçaya, 3-ü isə havada uçaraq yola düşüblər.

Hadisəni görən digər şagirdlər polis və səhiyyə briqadalarına xəbər veriblər.

Xəsarət alanlar ilkin tibbi yadımdan sonra xəstəxanaya yerləşdirilib. Yaralıların həyatları üçün təhlükənin olmadığı bildirilib.

Polis qəza törədən sürücünü həbs edib.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh