Türkiyədə Azərbaycan vətəndaşına məxsus yük avtomobilində partlayış baş verib

Gündəm 16 May 2019 19:15 Oxunub 875
Türkiyədə Azərbaycan vətəndaşına məxsus yük avtomobilində partlayış baş verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı təhqiqat aparılır

Türkiyə ərazisində Azərbaycan vətəndaşına məxsus yük avtomobilində partlayış baş verib. Yanacaq daşıyan avtomobil Dilucu gömrük keçid məntəqəsindən Naxçıvan Muxtar Respublikası ərazisinə keçərkən partlayıb. Avtosfer.az xəbər verir ki, Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev AZƏRTAC-a bildirib ki, yük avtomobili partlayış nəticəsində tam yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Faktla bağlı təhqiqat aparılır.

Azərbaycanın Qarsdakı baş konsulluğu prosesi nəzarətdə saxlayır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh