Avtomobildən külli miqdarda qanunsuz siqaretlər aşkarlanıb - FOTO

Gündəm 17 May 2019 11:55 Oxunub 731
Avtomobildən külli miqdarda qanunsuz siqaretlər aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E220" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonunda, arxa oturacağın qoltuq altında, arxa səs gücləndiricilərin arasında və motor hissədə gizlədilən 4 000 ədəd "Gold Marlboro Edge" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh