Bakıda Ucar sakininin avtomobilindən silah-sursat aşkarlanıb

Gündəm 17 May 2019 12:22 Oxunub 934
Bakıda Ucar sakininin avtomobilindən silah-sursat aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində

Qaradağ rayonunda Ucar rayon sakininin idarə etdiyi avtomobildən silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan “Mİ 1911 Aİ Asak” markalı tapança, 1 ədəd patron darağı, 10 ədəd patron, 2 ədəd bıçaq və 1 ədəd balta aşkar edilərək götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh