Taksi sürücüləri Monako Qran-prisini boykot edəcəklər

Gündəm 17 May 2019 12:29 Oxunub 916
Taksi sürücüləri Monako Qran-prisini boykot edəcəklər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar mayın 15-də Kan kino festivalı keçirilərkən bu addımı atıblar

"Formula 1" üzrə Monako Qran-prisi taksi sürücülərinin mümkün etirazları üzündən çətinliklərlə üzləşə bilər. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, sürücülər istədikləri xidmət haqqını ala bilməmələrindən narazıdırlar. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə Qran-prinin start götürəcəyi mayın 23-də bütün yolları bağlayacaqlarını bildiriblər.

Daha əvvəl taksi sürücüləri Nitsa hava limanında müştərilərə xidmətdən imtina ediblər. Onlar mayın 15-də Kan kino festivalı keçirilərkən bu addımı atıblar.

Qeyd edək ki, Monako Qran-prisində ilk sərbəst yürüşlər mayın 23-də, yarış isə mayın 26-da şəhər trasında keçiriləcək. Bu, dünya çempionatında 6-cı mərhələ olacaq. Beş mərhələdən sonra "Mercedes" pilotu Lüis Hemilton liderdir. İkinci yeri onun komanda yoldaşı Valtteri Bottas tutur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh