“Avtovağzala və aeroporta qısa müddətdə daxil olub-çıxanlardan ödəniş almaq düzgün deyil”

Gündəm 17 May 2019 13:13 Oxunub 1100
“Avtovağzala və aeroporta qısa müddətdə daxil olub-çıxanlardan ödəniş almaq düzgün deyil”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib

Milli Məclisin deputatı Fazil Mustafa Bakı Beynəlxalq Avtovağzalına və Bakı Beynəlxalq Hava Limanına qısa müddətdə daxil olub-çıxan şəxslərdən ödəniş alınmasının düzgün olmadığını qeyd edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, F.Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, Bakı Beynəlxalq Hava Limanına və Bakı Beynəlxalq Avtovağzalına 10 dəqiqəlik daxil olanda mütləq pul ödənilir: “Əgər vətəndaş orada uzun müddətə qalırsa, ödəniş tətbiq etmək olar. Yox, əgər vətəndaş qısa zamanda həmin əraziyə daxil olub, kimisə qarşılayırsa və ya kimisə yola salırsa, ondan ödəniş almaq düzgün deyil”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh