Dövlət qurumlarının avtomobillərinin idarə edilməsinə dair tələb müəyyənləşib

Gündəm 17 May 2019 14:23 Oxunub 1282
Dövlət qurumlarının avtomobillərinin idarə edilməsinə dair tələb müəyyənləşib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib

Dövlət qurumlarının avtomobillərini idarə etməyi həvalə etdikləri şəxslərə dair tələb müəyyənləşib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, bu, "Notariat haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə dövlət qurumlarının nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərəcək. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərəcək.

Qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh