"Ford Transit"dən külli miqdarda siqaretlər aşkar edilib

Gündəm 17 May 2019 15:20 Oxunub 902
"Ford Transit"dən külli miqdarda siqaretlər aşkar edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinə üzərində yerli aksiz markası olmayan tütün məmulatlarının saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.

Komitədən Avtosfer.az-a verilən məlumata görə, yaradılan əməliyyat qrupunun üzvləri "Ford Transit" markalı yük nəqliyyat vasitəsinin Binəqədi rayonu ərazisində yerləşən "Elit" ticarət mərkəzinin arxasında dayandığını müəyyən edib.

Baxış zamanı 16 ədəd sellofan torbalarda yerləşdirilmiş, üzərində yerli aksiz markası olmayan 40280 ədəd "King nano charge 4", 17200 ədəd "King nano charge 3" və 200 ədəd "King nano charge 1" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh