“Kristal Towers”in tikintisi davam etdirilir

Gündəm 17 May 2019 16:32 Oxunub 1074
“Kristal Towers”in tikintisi davam etdirilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər bir mənzil kupça təmin edilir


Kristal Abşeron xəyallarınızın inşasını davam etdirir. Söhbət Bakının ən mənzərəli hissəsində, Bayılda, Bakı bulvarının düz qarşısında yerləşən şirkətin ən premium layihəsi “Kristal Towers”dən gedir. 16 mərtəbədən ibarət olacaq qüllələrin artıq 12 mərtəbəsində beton konstruksiya işləri, 6mərtəbəsində hörgü işləri yekunlaşıb. Hazırda beton-qəlib və hörgü işləri davam etdirilir. Yaşayış kompleksinin inşasında keyfiyyət və təhlükəsizliyin sintezi olan Avropa istehsalı brend tikinti materiallarından, o cümlədən binanın zəlzələyə davamlılığı üçün Ukrayna istehsalı yüksək keyfiyyətli armaturlardan istifadə edilir. Betonun daha keyfiyyətli və hamar alınması üçün istifadə olunan qəliblər isə Almaniyanın məşhur “Peri” şirkətinindir.  


Premium seqmentin bütün tələblərinə uyğun şəkildə inşa olunan Kristal Towers qüllələri həm də təqdim etdiyi xidmətlərlə sakinlərini özəl hiss etdirəcək. Kompleksdə yeraltı parkinq, ticarət mərkəzi, fitness və spa mərkəzləri, sonuncu mərtəbədə kafe və restoranlarla bərabər sakinlərə özəl konsyerj xidməti göstəriləcək. 
Heç  vaxt bitməsini istəmədiyiniz anlarınızı yaşayacağınız mənzillərin sizin olmasına çox az qaldı. Gözəllik və dəbdəbənin sintezi olacaq lüks mənzillərin 2019-cu ilin sonunda təhvil verilməsi planlaşdırılır. Mənzillər nağd və ya daxili kredit şərtilə təklif edilir. O cümlədən, hər bir mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla (kupça) təmin edilir.
Ətraflı məlumat üçün *1544 qısa nömrəsi ilə əlaqə saxlaya və ya www.kristalabsheron.az saytında daxil ola bilərsiniz.

https://www.kristalabsheron.az/az/project/index/47

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh