Qadın polis idmançımız Avropanın ən güclüləri sırasında – FOTO

Yol polisi 17 May 2019 17:09 Oxunub 1967
Qadın polis idmançımız Avropanın ən güclüləri sırasında – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis baş leytenantı Ədilə Qurbanova yarışın favoritləri sırasında olub

Mayın 10-12-də Rusiyanın Sankt-Peterburq şəhərində Pauerliftinq üzrə Avropa çempionatı keçirilib. Qitənin 15 ölkəsindən 300-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı bu yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.
Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanova yarışın favoritləri sırasında olub. 
Qadınlar arasında ştanqı qurşağadək dartma (deadlift) hərəkətində çıxış edən təmsilçimiz ümumilikdə 152,5 kiloqram ağırlığı qaldıraraq yarışın qızıl medalını qazanıb.
Xatırladaq ki, polis baş leytenantı Ədi¬lə Qur¬ba¬no¬va idmanın ka¬ra¬te və pa¬uer¬lif¬tinq¬ növləri ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz 2 dəfə dünya kubokunun sahibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Paurliftinqdə 3 dəfə respublika birincisidir.

 

Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh