Bərdədə avtomobil təmiri sexində partlayış: xəsarət alanlar var

Gündəm 17 May 2019 19:48 Oxunub 597
Bərdədə avtomobil təmiri sexində partlayış: xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alov söndürülüb, yaxınlıqdakı avtomobil və bitişik tikililər yanğından mühafizə olunub

Bərdə rayonunda avtomobil təmiri sexində partlayış baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 30 kvadratmetr olan obyektdə minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib. Nəticədə ərazidəki avtomobil ehtiyat hissələri yanıb. Eyni zamanda hadisə zamanı rayon sakinləri - 1970-ci il təvəllüdlü Habil Orucov və 1960-ci il təvəllüdlü Telman Qasımov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Alov söndürülüb, yaxınlıqdakı avtomobil və bitişik tikililər yanğından mühafizə olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh