Bakıda DYP əməkdaşı qaydaları kobud şəkildə pozdu - VİDEO

Yol polisi 17 May 2019 20:16 Oxunub 1519
Bakıda DYP əməkdaşı qaydaları kobud şəkildə pozdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dönmə işıqlarından və sayrışan işıqlardan istifadə etməməsi də diqqət çəkib

Bakıda qaydaları kobud şəkildə pozan yol patrul xidmətinə məxsus “BMW” markalı avtomobil kameraya düşüb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkədə yayımlanıb. Videodan göründüyü kimi, 99-YP-394 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobil Badamdar şosesində hərəkətdə olarkən bir neçə yol hərəkəti qaydasını pozub.

Belə ki, Badamdar şosesinin Mətbuat prospekti ilə kəsişməsində yerləşən dairədə nişanın tələblərinə məhəl qoymayan yol polisi maşını daha sonra qoşa xəttin tələblərini kobud şəkildə pozaraq, qarşı yola çıxıb. Bundan başqa, manevrlər edən zaman yol polisi avtomobilinin dönmə işıqlarından və sayrışan işıqlardan istifadə etməməsi də diqqət çəkib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh