Şirkət rəhbərliyi yol polisinə niyə təşəkkür edir? - Maşını "ştrafnoya" salmışdılar

Yol polisi 18 May 2019 10:36 Oxunub 2494
Şirkət rəhbərliyi yol polisinə niyə təşəkkür edir? - Maşını "ştrafnoya" salmışdılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xidmətini bu cür uğurla icra edən DYP əməkdaşarının əməli təqdirə layiqdir

Avtsofer.az saytına “Nadiroğlu-2012” MMC şirkəti tərəfindən məktub üçnavlanıb. Göndərilən məktubda bildirilir ki, 12.02.2019-cu il tarixində “Nadiroğlu-2012” MMC –yə məxsus nəqliyyat vasitəsinin sürücüsünü 99 YP 446 dövlət nömrə nişanlı, YPX avtomobilinin ekipajı saxlayıb və nəticədə sürücünün sürücülük vəsiqəsinin olmaması və avtomobili ona şirkətin digər əməkdaşı tərəfindən verilməsi müəyyən edilib. Hadisələr elə bu adan etibarən cərəyan edib. 99 YP 446 YPX avtomobilinin ekipajı “Nadiroğlu-2012” MMC-yə aid olan 99 JP 049 dövlət nömrə nişanlı avtomobili həmin an sürmək hüququ olan şəxsin avtomobildə olmasına baxmayaraq, qanunsuz şəkildə durcağa aparıb və sürücü barəsində heç bir protokol tərtib etməyob.

“Nadiroğlu-2012” MMC olaraq dəfələrlə BPİDYPİ-yə müraciət etsək də nəticə vermədi, avtomobili duracaqdan buraxmadılar. 17.02.2019-cu il tairixndə sürücüyə “İnzibati Xətalar Məcəlləsinin” 332.2 ci maddəsi ilə 100 AZN və Nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə isə digər əməkdaşı “İnzibati Xətalar Məcəlləsinin” 335.1-ci maddəsi ilə 2000 AZN dəyərində cərimə edildikdən sonra avtomobili cərimə meydançasından buraxılmasına göstəriş verildi. Biz DYP rəsmilərinə nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verən əməkdaş Axundov Elvin Böyükkişi oğlunun vəzifəli şəxs olduğunu lakin, qəbul edilmiş cərimə sanksiyasının isə hüquqi şəxslər şamil edildiyini bildirsək də bu barədə heç bir tədbir görülmədi.

Qeydiyyatım üzrə Saatlı rayon məhkəmsinə BPİDYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş cərimə sanksiyanın düzgün olmamsı barədə qanuni əsaslı müaricət təmin edildikdən sonra qərarı DYP-nə verməyimizə baxmayaraq lazımi tədbir görülmürdü.Əvəzində isə cəriməyə günü gündən faizlər toplanaraq artır, avtomobildə hər yerdə saxlanılaraq durcaqla təmin edilir, sərbəst hərəkətinə maneə yaradılırdı.

16.05.2019-cu il tarixində hüquqşünasımız Rüstəm Cəfərovla birlikdə BPİDYPİ-yə rəsmi müraciət edərək sistemdə “Hüquqi” şəxslər üçün nəzərdə tutlan 2000 AZN lik cərimə,”Vəzifəli” şəxslər üçün 200 AZN-lə əvəz edilməsinə dair müraciət etdik. Bizi səmimi şəkildə polis moyoru Zeynal Seyidov qarşıladı və hüquqşünasımızı dinləyib, sənədlərə və məhkəmə qərarına baxdıqdan sonra dərhal cərimənin sistemdə dəyişdirilməsi, yaranmış çətinliyin aradan qaldırılması üçün zəruri addımların atılmasına və lazımi köməkliyin göstərilmasinə göstəriş verdi . Zeynal Seyidovun sayəsində aylardır çəkdiyimiz əziyyət artıq sona çatdı. Biz şirkət olaraq BPİDYPİ-nin polis moyoru Zeynal Seyidova öz dərin təşəkkürümüzü bildirir və gələcək işlərində uğurlar arzu edirik.”

Hüquqşünas Rüstəm Cəfərov Daxili İşlər Naziri, general-polkovnik cənab Ramil Usubova rəsmi müraciət edərək Polis Moyoru Zeynal Zeyidovun müsbət xidmətini qiymətlənirilməsini xahiş edib. "Biz hesab edirik ki, xidmətini bu cür uğurla icra edən DYP əməkdaşlarının əməli təqdirə layiqdir."

Rüstəm

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh