Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı 430-u ötüb

Avtoxəbər 18 May 2019 12:46 Oxunub 966
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı 430-u ötüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-aprel ayları ərzində

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 mln. manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7%, maşın və avadanlıqların istehsalı 12,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,2% artıb. Dövr ərzində 451 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin ilk rübü ilə müqayisədə 10,7% azdır. Bu ilin birinci rübündə ölkədə 436 ədəd minik avtomobili istehsal olunub. Bu dövr ərzində ölkədə fəvvarə armaturunun istehsalı 53,7%, ştanqlı quyu nasoslarının istehsalı 30,2%, mancanaq dəzgahlarının istehsalı 9,7% artıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh