Dörd ayda dəmir yolu ilə 1 mln. sərnişin daşınıb

Gündəm 18 May 2019 18:45 Oxunub 632
Dörd ayda dəmir yolu ilə 1 mln. sərnişin daşınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-aprel ayıları ərzində 4,7 mln. ton yük, 1,0 mln. sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 5,5%, sərnişin daşınmasında isə 19,9% artım müşahidə olunub. Orta hesabla sutkada 269 vaqon yüklənib, 397 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,4 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh