Təbrizdə sərnişin təyyarəsi təcili eniş etdi

Gündəm 18 May 2019 18:56 Oxunub 703
Təbrizdə sərnişin təyyarəsi təcili eniş etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarə Təbrizdən Tehrana uçurmuş

İranın "Ata" Hava Yolları Şirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlığa görə təcili eniş edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, İranın Şərqi Azərbaycan vilayəti aeroportları idarəsinin baş direktoru Mustafa Səfayinin sözlərinə görə, təyyarə Təbrizdən Tehrana uçurmuş. Təyyarə mühərrikdə yaranan texniki nasazlığa görə Təbrizin Şəhid Mədəni aeroportuna geri dönüb.

Qeyd edək ki, uçuşdan əvvəl təyyarə yarım saat təmirə dayanıb, daha sonra havaya qalxıb. Ancaq bir neçə dəqiqə sonra təcili eniş etməli olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh