Üzərinə “KAMAZ” təkəri aşan azyaşlı öldü

Gündəm 18 May 2019 19:06 Oxunub 648
Üzərinə “KAMAZ” təkəri aşan azyaşlı öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bu gün səhər saatlarında Zaqatalada üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Avtosfer.az Oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Suvagil kəndində baş verib. Kənd bələdiyyəsindən saytımıza verilən məlumata görə, bu gün səhər saat 11:00 radələrində kənd sakini Heydərov Adilin azyaşlı oğlu həyətdə oynayarkən dünyasını dəyişib: "Səhər saatlarında 2016-cı il təvəllüdlü Toğrul Adil oğlu Heydərov yaşadıqları evin həyətində oynayırdı. Bədbəxt hadisə nəticəsində həyətyanı sahədə olan "KAMAZ" markalı yük maşının təkəri azyaşlının üzərinə aşıb. Onu dərhal xəstəxanaya aparsalar da, uşağın həyatını xilas etmək mümkün olmayıb. Üç yaşlı Toğrul Heydərov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib". Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh