Məşhur rusiyalı bloqer avtomobilin altında qaldı - VİDEO

Gündəm 18 May 2019 19:25 Oxunub 1030
Məşhur rusiyalı bloqer avtomobilin altında qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bloqerin vəziyyəti ilə bağlı heç bir məlumat verilmir

Rusiyalı məşhur bloqer çəkiliş zamanı bədbəxt hadisə ilə üzləşib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Xiza ləqəbi ilə tanınan Xizri Zaripov Birləşmiş Ərəb Əmirliklərində çəkiliş zamanı avtomobilin altında qalıb.  Belə ki, avtomobil iki təkər üzərində 23 yaşlı bloqerin üzərindən keçən zaman qəfil onun üzərinə düşüb. Bloqerin vəziyyəti ilə bağlı heç bir məlumat verilmir. Qeyd edək ki, Dağıstan əsilli bloqerin “Instagram” hesabında 4,2 milyon izləyicisi var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh