Ən iri çarter daşıyıcısı reysində sərnişinlərə yemək verilməsi ləğv edilib

Gündəm 18 May 2019 20:15 Oxunub 970
Ən iri çarter daşıyıcısı reysində sərnişinlərə yemək verilməsi ləğv edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Biznes-klass salonda uçan sərnişinlər üçün təyyarədə qidalanma xidməti saxlanacaq

“Azur Air” daşıyıcısı xərclərini azaltmaq və aviabiletlərin qiymətini əvvəlki səviyyədə saxlamaq məqsədilə uçuş müddəti beş saatdan az olan reyslərdə ekonom-klass salonda uçan sərnişinlərə yemək verilməsi ləğv edilib. "Azur Air” aviaşirkətinin yerinə yetirdiyi, uçuş müddəti beş saatdan az olan bütün reyslərdə sərnişinlərə yalnız qaynar içkilər və su təklif ediləcək, yemək isə verilməyəcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Rusiyanın ən iri çarter daşıyıcısı aviadaşıyıcılar bazarında konyunkturu, o cümlədən 2018-ci ildə aeroport rüsumlarının artırılmasını və aviasiya yanacağının 30 faiz bahalaşmasını nəzərə alaraq belə bir addım atıb. Şirkətin məlumatında deyilir: “Ekonom-klass salonda qısa reyslərlə uçan sərnişinlərə yemək verilməsinin ləğv edilməsi bizim xidmətlərin dəyərini əvvəlki səviyyədə saxlamağa, makroiqtisadi amillər əlverişli olduqda isə daşımanın dəyərini azaltmağa imkan verəcək. Biznes-klass salonda uçan sərnişinlər üçün təyyarədə qidalanma xidməti saxlanacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh