Əlverişsiz hava şəraiti hava limanlarında problemlər yaradıb

Gündəm 18 May 2019 20:24 Oxunub 1001
Əlverişsiz hava şəraiti hava limanlarında problemlər yaradıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə Dövlət Hava Meydanları İdarə olunması Təşkilatı məlumat yayıb

İstanbulda bir neçə gündür davam edən əlverişsiz hava şəraiti "İstanbul" və "Sabiha Gökçən" hava limanlarında bəzi problemlər yaradıb. Belə ki, təyyarələrin bəziləri eniş üçün havada bir neçə dəfə dövrə vurmaq məcburiyyətində qalıblar. Bu barədə Dövlət Hava Meydanları İdarə olunması Təşkilatı məlumat yayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, məlumatda şəhərdə iki gündür davam edən qeyri-sabit hava şəraiti ilə bağlı yeni açılmış “İstanbul” hava limanından 468 reysin 8-nin, “Sabiha Gökçən” hava limanından isə 94 reysdən 2-sinin təhlükəsiz eniş üçün digər aeroportlara yönəldildiyi bildirilir. Qeyd edək ki, şəhərdəki əlverişsiz hava şəraiti ilə əlaqədar iki gündə İstanbuldakı hava limanlarına enmək istəyən təyyarələrin bir çoxu bu problemlə üzləşib. Bəzi təyyarələr isə Tekirdağ Çorlu hava limanına yönləndirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh