Yanacaqdoldurma məntəqələri sürücüləri necə aldadır

Gündəm 18 May 2019 20:38 Oxunub 1485
Yanacaqdoldurma məntəqələri sürücüləri necə aldadır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspert deyir ki, aldığımız 10 litr yanacağın 1 litri kəsilir

"Yanacaqdoldurma məntəqələri sürücülərə satdıqları yanacağın 10 faizini kəsir. Bəzi məntəqələr isə 15 faiz kəsir. Məsələn aldığımız 10 litr yanacağın 1 litri kəsilir. Kəsməyən yanacaqdoldurma məntəqələri isə yanacağın tərkibinə qaz, su və s. qatqılar qatır. Bu da sürücülərə zərər vurur". Avtosfer.az xəbər verir ki, bu barədə sputnik-ə nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında deyib. O bildirib ki, yanacaqdoldurma məntəqələri yanacağın tərkibinə qaz vurur və ya başqa üsullarla müdaxilə edir: "Yanacağı doldurub, avtomobili sürməsəniz belə, bir gün sonra yanacaq göstəricisinin aşağı düşəcəyini görəcəksiniz. Yanacaq öz-özünə buxarlanır. Bəzi yanacaqdoldurma məntəqələrində isə yanacaqdan hər 10 litrinə 1 litr kəsilir. Bəzi yanacaqdoldurma məntəqələrində isə, avtomobilin çəni 60 litr tutduğu halda 70 litr yanacaq vurdum deyə pul tələb edirlər. Əgər avtomobilin yanacaq tutumu 60 litrdirsə, bura 70 litr benzin necə vurulur?"

Ekspert qeyd edib ki avtomobil ustaları arasında sorğu keçirilsə, onlar bildirər ki, əksər avtomobillərin mühərriki keyfiyyətsiz yanacağa görə, sıradan çıxır. "Mühərrik isə ən ucuzu 3000 manata yığılır. Yəni yanacaqdoldurma məntəqələrində kimsə artıq pul qazanacaq deyə sürücülərə zərər vurulur. Əvvəllər Energetika Nazirliyi xüsusi reydlər keçirirdi. İndi bu da yoxdur. İqtisadiyyat nazirliyi bu məsələ ilə heç maraqlanmır. Bu sahə nəzarətsiz sahəyə çevrilib. Halbuki, hər gün bu sahədən yüzlərlə şikayət daxil olur. Atmosferə buraxılan zəhərli qazlara görə, sürücülər 50 manat cərimə edilir. Zəhərli qazların ixracına səbəb isə yanacağın keyfiyyətsiz olmasıdır. Düşünürəm ki, yanacaqdoldurma məntəqələri barəsində ciddi ölçü götürülməlidir" – deyə ekspert vurğulayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh