DÜNYADA İLK - Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq

Gündəm 19 May 2019 09:36 Oxunub 927
DÜNYADA İLK - Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lüksemburq analoji təcrübəni 2020-ci ildən tətbiq etməyə hazırlaşır

Estoniyanın 15 regionundan 9-da ictimai nəqliyyat həmişəlik pulsuz olacaq. Digər 6 region da 2020-ci ilədək bu təcrübəyə qoşulacaq. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, bu təcrübə dünyada ilk olacaq. Tallinndə 2013-cü ildən bəri ictimai nəqliyyat ödənişsizdir. Digər 8 regionda isə qərar iyulun 1-dən qüvvəyə minəcək. Müqayisə üçün deyək ki, Lüksemburq analoji təcrübəni 2020-ci ildən tətbiq etməyə hazırlaşır. Bu tədbirlərlə Estoniya hökuməti nəinki havanı təmiz saxlamağa, həmçinin ticarət dövriyyənin həcmini artırmağa da nail olub. Belə ki, insanlar nəqliyyat xərclərini düşünmədən rahat alış-veriş edir, müxtəlif daşımalar həyata keçirirlər. Hər bir Estoniya vətəndaşı nəqliyyat kartını bircə dəfə qeydiyyatdan keçirməklə sözügedən regionlardakı şəhərdaxili ictimai nəqliyyatdan (taksilər istisna olmaqla) pulsuz istifadə edə biləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh