İranın cənubunda 1,5 ton narkotik aşkarlandı

Gündəm 19 May 2019 16:57 Oxunub 679
İranın cənubunda 1,5 ton narkotik aşkarlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisin keçirdiyi əməliyyat nəticəsində 2 nəfər saxlanılıb

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda 1,55 ton narkotik maddə aşkarlanıb. Bunu İranın Sistan və Bəluçestan vilayəti hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend İRNA-ya istinadən məlumat verib. M.Qənbərinin sözlərinə görə, vilayətin narkotik maddələrlə mübarizə polisinin keçirdiyi əməliyyat nəticəsində 2 nəfər saxlanılıb. Qaçaqmalçıların pikap avtomobilinə baxış keçirilərkən 1,55 ton tiryək, 2 ədəd ov silahı, 1 ədəd kolt markalı tapança aşkarlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh