"Boeing" şirkəti "Boeing 737 Max" təyyarələrinin proqram təminatında səhvlərin olduğunu etiraf edib

Gündəm 19 May 2019 17:14 Oxunub 726
"Boeing" şirkəti "Boeing 737 Max" təyyarələrinin proqram təminatında səhvlərin olduğunu etiraf edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstifadəçilər bu barədə məlumatlandırılıb

ABŞ-ın "Boeing" şirkəti "Boeing 737 Max"  tpli təyyarələrin proqram təminatında səhflərin mövcud olduğunu etiraf edib. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, artıq MCAS proqram təminatına müvafiq düzəliş edilib və istifadəçilər bu barədə məlumatlandırılıb. "Boeing" şirkətinin yaydığı məlumatda bildirilir ki, MCAS proqram təminatından pilotlara "Boeing 737 Max" təyyarələri idarə etmək üçün keçirilən təlimdə istifadə edilir.

Xatırladaq ki, son 6 ayda "Boeing 737 Max"  tipli iki təyyərin qəzaya uğraması nəticəsində 346 nəfər ölüb. 2018-ci ilin oktyabrında İndoneziya sahillərində baş verən qəzada 189, bu ilin martında Efiopiyada baş verən qəzada isə 157 nəfər həyatını itirib. Efiopiyadakı hadisədən sonra bir çox aviaşirkətlər "Boeing 737 Max" tipli təyyarələrdə baş verən qəzaların səbəbi aydınlaşana qədər  bu təyyarələrin istismarını dayandırdığını bəyan edib. "Boeing" şirkəti bu təyyarələrin hamısını geri çağırıb və texniki çatışmazlıqları araşdırmağa başlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh