Azərbaycanlı dənizçinin olduğu gəmi Misirdə girov saxlanılır

Gündəm 19 May 2019 23:01 Oxunub 693
Azərbaycanlı dənizçinin olduğu gəmi Misirdə girov saxlanılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gəminin ekipaj üzvləri faktiki girov götürülüb

Misir xarici vətəndaşların olduğu "Sea Shark" yük gəmisini azad etməyə tələsmir. 

 

Avtosfer.Az oxu.az-a istinadən bildirir ki, ötən ilin dekabr ayında Misir Hərbi-Dəniz Donanması tərəfindən saxlanılan tankerin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşıdır.

 

Ümumiyyətlə, gəmi ekipajı 31 nəfərdən ibarətdir. Onlardan 17 nəfər ukraynalıdır. Bu amil Ukrayna hökumətini Misirdəki səfirliyi vasitəsi ilə ölkənin Xarici İşlər Nazirliyinə nota vermək məcburiyyətində qoyub. 

 

Gəminin ekipaj üzvləri faktiki girov götürülüb. Misirin müvafiq strukturları gəmiyə 11 milyon barel neftin qanunsuz yükləndiyini iddia edir. Misirin ərazi sularına qanunsuz daxil olduğuna görə tankerin sahibinə qarşı 56 milyon dollarlıq iddia qaldırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh