Yol polisi məktəbliləri maarifləndirməkdə davam edir - FOTO

Yol polisi 20 May 2019 00:44 Oxunub 1569
Yol polisi məktəbliləri maarifləndirməkdə davam edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
60-dan çox şagird və valideyin iştirak edib

«Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq, təhsil müəssisələrində aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, bu qəbildən olan növbəti tədbir 17 may 2019-cu il tarixində Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbdə baş tutub.

Əsasən, məktəbin ibtidai sinif şagirdlərinin qatıldığı “Yol hərəkəti qaydalarını bilmək vacibdir!” adlı maarifləndirmə xarakterli tədbirin keçirilməsində məqsəd, uşaqların yol hərəkəti təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarını üzə çıxarmaq, onları yol hərəkəti qaydalarına dönmədən riayət etməyə təşviq etmək və zəruri vərdişlər aşılamaq olmuşdur.

Sumqayıt şəhər Təhsil Şöbəsinin, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin, DİN-in Baş DYP İdarəsinin və Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının aktiv iştirakçılığı ilə gerçəkləşən tədbirdə, 60-dan çox şagird və valideyin iştirak edib.

Tədbir uşaqların çıxışları ilə başlayıb. Onlar yol hərəkət qaydalarına aid şeir, mahnı və səhnəciklərdən ibarət kompozisiya təqdim ediblər.

Çıxış edən digər natiqlər keçirilən tədbirin mahiyyəti barədə iştirakçılara geniş məlumat veriblər.

Tədbirin sonunda bədii kompozisiya ilə çıxış edən şagirdlərə yol hərəkət qaydalarını izah edən kitabçalar təqdim olunub.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh