Ralliyə çıxan avtobuslar; kimdir günahkar; nazir, sürücü yoxsa sərnişin?

Yazarlar 22 May 2014 19:09 Oxunub 2478
Ralliyə çıxan avtobuslar; kimdir günahkar; nazir, sürücü yoxsa sərnişin?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Natiq Cəfərli: ”Dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanda sərnişin daşınma ilə bağlı sosial sorumluluq yoxdur”

Sosial şəbəkələrdə və mediada mütəmadi olaraq günün pik saatlarında sərnişinlərin çoxluğuna görə əyilmiş, qapısından insanların sallandığı şəhər daxili avtobusların fotoların tez-tez rast gəlmək mümkündür. Bu cür hallara görə əksər vaxtlar  nəqliyyat naziri Ziya Məmmədov ciddi şəkildə tənqid olunur. Lakin qeyd etmək lazımdır ki, yaranmış vəziyyətə görə məsuliyyətsiz sürücülərin və eyni halda özlərinin həyati təhlükəsizliyini düşünməyən sərnişinlərin də payı az deyil. Digər tərəfdən sürücülərin gün ərzində böyük məbləğdə plan ödədiyini və vətəndaşların tıxac, sıxlıq, avtobusların sayına görə evə qayıtmaq, işə getmək üçün ciddi şəkildə əziyyət çəkdiyini nəzərə alsaq problemin kifayət qədər ciddi olduğunu deyə bilərik. Bəs onda baş verənlərin əsl günahkarları kimlərdir? Nəqliyyat Nazirliyi, sürücülər, yoxsa sərnişinlər? Mövzu ilə bağlı AzadXeber.net-ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, dünyanın sivil ölkələrində sərnişindaşıma işi birbaşa şəhər meriya institutu tərəfindən həyata keçirilir. Belə ki, ilk öncə şəhərlərdə bələdiyyə seçkiləri keçirilir və şəhərlərin öz hökumətləri formalaşdırılır: “Şəhərlərin orqanları seçki ilə müəyyənləşdiyinə görə, onlarda insanlar qarşısında müəyyən öhdəliklər götürmək məcburiyyətində qalır və gələn seçkilərdə qalib gəlmək üçün müsbət işlər görmək istəyirlər.”

Azərbaycanda isə sərnişin daşıma işlərinin Nəqliyyat Nazirliyinə tapşırıldığını söyləyən ekspert, “bu sahədə isə ciddi şəkildə inhisarlar mövcuddur və nazirin yaxın qohumları sərnişin daşıma ilə bağlı özlərinə böyük şirkətlər açıblar”, - deyə bildirdi: “Deyilən problemlərin qarşısını almaq üçün ilk öncə idarəetmə problemi həll edilməlidir. Bundan sonra isə digər bir problem isə çoxdandır söhbəti getsə də hələ tətbiq edilməyən kart sistemidir. Əgər kart sistemi tətbiq edilərsə, sərnişindaşıma sahəsindəki bir çox problemlər öz həllini tapa bilər. Kart sisteminə keçilməməsinin əsas səbəbi isə sərnişin daşınma sahəsində kütləvi şəkildə həyata keçirilən vergidən yayınma hallardır.”

Natiq bəy onu da bildirdi ki, sürücülərə gündəlik olaraq böyük miqdarda planın qoyulması sərnişindaşınma sahəsində yaranan problemin digər səbəblərindəndir: “Dünyanın əksər &oouml;lkələrindən fərqli olaraq Azərbaycanda sərnişin daşınma ilə bağlı sosial sorumluluq yoxdur. Belə ki, heç bir sosial çarx, reklam, təhlükəsizlik məsələləri ilə bağlı video kadr hazırlanmasına fikir verilmir.“

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh