Masallının Yeni Zuvand kənd sakinləri Prezidentə müraciət etdilər - VİDEO

Xəbərlər 20 May 2019 12:27 Oxunub 3354
Masallının Yeni Zuvand kənd sakinləri Prezidentə müraciət etdilər  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
6,8 milyon (altı milyon səkkiz yüz min) manata bu yol tikilib?

Masallı rayonunun Yeni Zuvand kəndinin sakinləri Prezident İlham Əliyevə yeni tikilən yola görə müraciət ediblər.

Müraciəti kənd sakinləri öz imzaları ilə təstiq edərək bildiriblər ki, nəzərdə tutulan 500 metr uzunluqda, və 6 metr enində (2 metr qoltuq) olan, əsaslı təmir ediləcək yol, 200 metr uzunluqda, 4 metr enində, köhnə torpaq qatının üzərinə nazik asfalt qatı ilə çəkilib.

Həmin müraciəti, şəkilləri və videonu sizlərə təqdim edirik.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Masallı rayonunun Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncamda deyilir: Otuz səkkiz min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon (altı milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

image desc

ŞƏRH YAZ
Ad

E-mail

Şərh