Yollar bağlandı - Taksi və təcili yardım sürücüləri tətil edir

Gündəm 20 May 2019 12:55 Oxunub 715
Yollar bağlandı - Taksi və təcili yardım sürücüləri tətil edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Etiraz aksiyası “ilbiz əməliyyatı” adını alıb

Fransanın paytaxtı Parisdə taksi, təcili tibbi yardım sürücüləri, eləcə də sürücülük məktəblərinin əməkdaşları etiraz aksiyası keçirir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, 100-ə yaxın sürücü Paris ətrafından mərkəzə aparan yolları bağlayıb. Aksiya ilə ilə əlaqədar gün ərzində Parisin hava limanlarına gedən yollarda tıxacların olacağı xəbərdarlığı verilib.

Sürücülər ictimai nəqliyyat sisteminin maliyyələşdirilməsinin azaldılmasına etiraz etdiklərini bildirib.

Etiraz aksiyası “ilbiz əməliyyatı” adını alıb. Aksiyanın məqsədi şosse yollarında hərəkət istiqamətini bağlamaq və minimal sürətlə hərəkət etməkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh