Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq

Gündəm 20 May 2019 14:53 Oxunub 781
Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Bu gün gecə 12-dən sabah saat 6-ya qədər Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər olan hissəsində üfüqi nişanlanma xətləri yenidən rənglənəcək.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, rənglənmə işləri zamanı yolda hərəkət hissə-hissə məhdudlaşdırılacaq. Sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh