Qubada evə basqın edən şəxs saxlanılıb

Gündəm 20 May 2019 16:20 Oxunub 694
Qubada evə basqın edən şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisədə iştirak edən Bakı şəhər sakini Əmrahov Mustafa Mehman oğlunun saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir

Qubada evə basqın edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.3 (quldurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.4 (quldurluq - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ülvi Əmirov Bakı şəhər ərazisində saxlanılıb.

Ülvi Əmirov bir qrup şəxslə birlikdə qabaqcadan əlbir olaraq aprelin 1-də gecə saatlarında Quba rayonunun 1-ci Nügədi kənd sakini Hamlet İbrahimov yaşadığı evə daxil olublar. Zərərçəkənin əllərini və ağzını yapışqanlı lentlə bağlayan cinayətkar dəstə, onu döyüb müxtəlif bədən xəsarətləri yetirməklə həmin evdən küllü miqdarda pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər.

Qeyd edək ki, cinayətkar dəstənin 3 üzvü Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hörmət Hətəmov, Zahir İsmayılov və Məhəmməd Tağıyev quldurluq hadisəsinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunublar. Həmin hadisədə iştirak edən Bakı şəhər sakini Əmrahov Mustafa Mehman oğlunun saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh