Kürdəmirdə ata avtomobillə azyaşlı qızını vuraraq öldürüb

Qəzalar 20 May 2019 16:25 Oxunub 944
Kürdəmirdə ata avtomobillə azyaşlı qızını vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Kürdəmir rayonunun Xırdapay kənd sakini N.Nərimanov evinin həyətindən “Mercedes” markalı avtomobillə çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh