Parkomatlardan qanunsuz yığılan milyonlar:PUL KİMLƏRİN CİBİNƏ AXIR?

Gündəm 20 May 2019 16:51 Oxunub 1009
Parkomatlardan qanunsuz yığılan milyonlar:PUL KİMLƏRİN CİBİNƏ AXIR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu pulların taleyi bəlli deyil

"3​​​​​​0 dəqiqə saxlamağa görə giriş haqqı olaraq əlavə vəsaitin tələb edilməsi məntiqsizlikdir”. Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda hava limanı, avtovağzal və dəmiryolu vağzalında girişə görə avtomobillərdən vəsait alınmasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, yalnız uzun müddət üçün bu ərazilərdə parkomat edənlərlə bağlı ayrıca tarif tətbiq olunmalıdır: "Bir çox ölkələrdə 30 dəqiqə ərzində parklanma etmək ümumiyyətlə pulsuzdur. Yalnız yarım saat dayandıqda parklanma yerlərində ödəniş edilməsinə ehtiyac yaranır. Həmin ödənişlər də əslində bələdiyyələr tərəfindən toplanılır və yığılan gəlir də həmin ərazilərdəki abadlıq işlərinə sərf edilir. Hava limanı, avtovağzal, dəmiryolu vağzallarına da eyni qayda tətbiq olunur. Ona görə də həmin ərazilərdə yarım saata görə ödəniş alınması qeyri-qanunidir, normal deyil. Yalnız uzun müddət üçün bu ərazilərdə parkomat edənlərlə bağlı ayrıca tarif tətbiq olunmalıdır. Ən azından yarım saatlıq koridorun qəbul edilməsilə bağlı qərar verilməlidir”.

Ekspert sözügedən ərazilərdə yığılan həmin vəsaitlərin hesabatlılığı məsələsində şəffaflığın olmadığını da diqqətə çatdırdı: "Azərbaycanda həmin vəsaitlərin kimlər tərəfindən, necə toplanması və onun hesabatlılığı haqqında doğru-dürüst məlumat almaq çətindir. Əvvələr parkomatlardan pul yığılması ilə BŞİH məşğul idi, sonra bu iş Başı Şəhər Nəqliyayt Departamentinə həvalə olundu. Amma hesabatlılıq məsələsində yenə də problem qalmaqdadır. Bu prosesdə nə qədər vəsaitin yığıldığı və hara xərcləndiyi barədə şəffaflıq təmin edilməlidir. Təəssüf ki, bu da yoxdur”.

Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa Azərbaycanda dayanacaqlardan yığılan vəsaitlərin böyük hissəsinin büdcəyə daxil olmamasından şikayətlənib. O həmçinin deyib ki, Azərbaycanda hava limanında, avtovağzalda giriş üçün vəsait ödənilir: "Vətəndaş hava limanına, avtovağzala taksi ilə gəlməlidir. Qısa müddətdə vətəndaş kimisə yola salırsa, yaxud harasa gedirsə, vəsait alınması düzgün deyil”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh