Deputat seçiciləri dinlədi

Gündəm 20 May 2019 17:17 Oxunub 815
Deputat seçiciləri dinlədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların problemləri həll olunur

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan Beyləqanın Gödəklər kəndində seçiciləri ilə görüş keçirib.

Modern.az xəbər verir ki, deputat Gödəklər kəndində seçicilərlə ümumi problemlərin müzakirəsini aparıb. Deputatla görüş zamanı kənd sakinləri kənddə içməli su probleminin olduğunu dilə gətirib.

Sakinlər məsələ ilə bağlı deputatın "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməsini xahiş ediblər. Çingiz Qənizadə çıxışı zamanı bu istiqamətdə müəyyən addımlar atdığını diqqətə çatdırıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova müraciət etdiyini söyləyib.

Deputatın sözlərinə görə, hazırda su ilə bağlı məsələ müzakirə olunur.

Parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb. Kənd sakinlərinin kəndlə bağlı ümumi problemlərini dinlədikdən sonra, sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib.

Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh