"Niva" sürücüsü bu işıqlara görə cərimələndi: DYP aydınlıq gətirdi - VİDEO

Yol polisi 20 May 2019 18:15 Oxunub 4777
"Niva" sürücüsü bu işıqlara görə cərimələndi: DYP aydınlıq gətirdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər "Niva" sürənlər də bunu oxusun

Bu gün Moderator.az saytında vətəndaş Əli Məmiyevin adından Dövlət Yol Polisinin ünvanına ittihamlar səsləndirilib. Bildirilir ki, vətəndaşa məxsus olan 99 NS 119 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobil YPX əməkdaşları tərəfindən saxlanılıb və maşında əlavə avadanlıqlar olduğu üçün cərimə meydançasına aparılıb. Vətəndaş iddia edir ki, onun avtomobilində hər hansı əlavə işıqlar, avadanlıq olmayıb.
Dövlət Yol Polisi İdarəsinə dəvət olunan sürücüyə hüquq və vəzifələri izah olunub, törətdiyi inzibati xətanın təhlükəli olduğu bildirilib. Həmin sürücü bununla razılaşaraq bildirib ki, belə bir materialın yayılmasından onun xəbəri yoxdur və bununla bağlı həmin sayta etirazını bildirib. Sürücü qeyd edib ki, bu cür işıq cihazlarından bir çox "Niva" sürücüləri istifadə edir. O da bunun qanuni olduğunu düşünərək belə edib. Vətəndaş deyir ki, AvtoVaz Azərbaycan şirkətinə müraciət edərək bunun nə qədər təhlükəli olub-olmadığını öyrənəcək. Lakin ona tərtib olunmuş protokol ilə razıdır və bir daha bu qaydanı pozmayacaq. Avtosfer.az avtomobilin videogörüntülərini təqdim edir:

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh