Goranboyda iki avtomobil toqquşdu: yaralılar var

Qəzalar 21 May 2019 07:45 Oxunub 764
Goranboyda iki avtomobil toqquşdu: yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Goranboyda yol qəzası olub. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. Belə ki, Xəyal Bağırovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə Bəxtiyar Musayevin idarə etdiyi "VAZ 2110" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobildə olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti kafidir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh