Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini yerinə yetirib

Gündəm 21 May 2019 10:32 Oxunub 633
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini yerinə yetirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarə 1980-ci ildə istehsal olunub və 40 ilə yaxın xidmət edib

Rusiya istehsalı olan əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini yerinə yetirib. Avtosfer.az ONA-ya istinadən xəbər verir ki, göyərtəsində 70 sərnişin olan, “Alrosa” aviaşirkətinə məxsus təyyarə İrkutskdan Yakutiyanın Mirni şəhərinə uçub. Bu reysindən sonra təyyarə Novosibirskdəki aviasiya və kosmonavtika muzeyinə göndərilib. İrkutsk beynəlxalq hava limanının mətbuat xidmətinin məlumatına görə, bu, istismarda olan sonuncu Tu-134 tipli təyyarə olub. Təyyarə 1980-ci ildə istehsal olunub və 40 ilə yaxın xidmət edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh