Astarada motosiklet oğurlayan şəxs saxlanılıb

Gündəm 21 May 2019 10:36 Oxunub 587
Astarada motosiklet oğurlayan şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Astarada motosiklet oğurlayan Lənkəran sakini saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 19-da gecə saatlarında ona məxsus yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosikletin oğurlandığını bildirib. Astara RPŞ əməkdaşlarının keçirdiklərinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını  törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran şəhər sakini Vaqif Babayev olduğu müəyyənləşdirilib və oğurladığı “Muravey-2M-01” markalı motosiklet aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh