Qırmızıdan keçən qadın sürücü piyadalara çırpıldı: 13 yaralı

Qəzalar 21 May 2019 11:07 Oxunub 1689
Qırmızıdan keçən qadın sürücü piyadalara çırpıldı: 13 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisənin baş vermə səbəbini araşdırır

Çində qırmızı işıqdan keçən sürücü avtomobili ilə piyadaları vurub. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident mayın 21-i səhər saatlarında Quandun əyalətinin Quançjou şəhərində qeydə alınıb.

Yerli polisin verdiyi məlumata görə, avtomobil ilə işıqforun qırmızı işığından keçən sürücü əvvəlcə piyadaları vurub sonra da 2 nəqliyyat vasitəsinə çırpılıb.

Polisin bildirdiyinə görə, hadisə nəticəsində ikisi ağır olmaqla 13 nəfər xəsarət alıb.

Qəzanı 45 yaşlı qadının törətdiyi məlum olub və o həbs edilib.

Polis hadisənin baş vermə səbəbini araşdırır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh