Bakıda qəza törədib ölkədən qaçan avtobus sürücüsünün məhkəməsi başlayıb

Gündəm 21 May 2019 11:50 Oxunub 669
Bakıda qəza törədib ölkədən qaçan avtobus sürücüsünün məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin baxış iclası mayın 29-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Telman Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 29-na təyin edilib.

Qeyd edək ki, T.Allahverdiyevin 2015-ci ildə Bakının Bilgəh qəsəbəsində idarə etdiyi "Daewoo" markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovun idarə etdiyi "VAZ 21011" markalı avtomobillə toqquşub. Qəza nəticəsində R.İsmayılov hadisə yerində ölüb.

Daha sonra T.Allahverdiyev ölkədən qaçıb və onun barəsində "İnterpol" xətti ilə axtarış elan olunub. O, xarici ölkədə saxlanılaraq, Azərbaycana göndərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh