Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Gündəm 21 May 2019 12:15 Oxunub 722
Bakıda avtomobil qaçıran şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Cəfərov Lökbatan qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib. Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Şahmərdanov qısa müddətdə Ələt qəsəbəsi ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh