"Tarqovı"ya giriş qadağan edilir - Polis gücləndirilmiş iş rejimində çalışacaq

Gündəm 21 May 2019 12:35 Oxunub 1030
"Tarqovı"ya giriş qadağan edilir - Polis gücləndirilmiş iş rejimində çalışacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avroliqanın final oyunu ilə əlaqədar

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışacaq. Hüquq-mühafizə orqanlarından ONA-ya verilən məlumata görə, mayın 29-da baş tutacaq oyunu izləmək üçün ölkəmizə çoxsaylı əcnəbi azarkeşlər ilə bərabər turist axını da gözlənilir.

Bütün bunları nəzərə alan və həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparacaq hüquq mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən final oyunu ərəfəsində ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı qorunması, oyunu izləmək üçün gəlmiş çoxsaylı əcnəbilərin rahat, maneəsiz və sərbəst gəzintilərini təmin edilməsi üçün may ayının 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Tarqovı") və İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə, eləcə də “Respublika Günü” ilə əlaqədar “İstiqlaliyyət” küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh